Yuxarı

"Real Madrid"in kapitanı zədələnib

"Real Madrid"in kapitanı zədələnib

İspaniyanın "Real Madrid" klubunun kapitanı Serxio Ramos zədələnib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu sol ayağından xəsarət alıb. Təcrübəli müdafiəçinin nə vaxt sıraya dönəcəyi ilə bağlı məlumat verilməyib. 

Qeyd edək ki, "Real Madrid" aprelin 15-də La Liqanın XXXII turu çərçivəsində səfərdə "Leqanes"lə qarşılaşacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi