Yuxarı
    Bağlamaq

    "Real Madrid" ilə "Volfsburq" ilk 1/4 finalçılar oldular

    / Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib

    Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. "Report"un məlumatına görə, ilk 1/4 finalçılar İspaniya və Almaniyadakı matçlarda müəyyənləşib.

    "Real Madrid” klubu İtaliya "Roma”sı ilə təkrar görüşdə də eyni hesablı qələbə qazanıb. Komandanın bombardiri Kriştianu Ronaldo Romadakı oyunda olduğu kimi hesabı açıb.

    Pley-off mərhələsinin debütantları "Volfsburq”la "Gent”in duelində gözlənildiyi kimi, birincilər güclü olub. Almanlar Belçika çempionunu evdə də 1 top fərqi ilə yenib. Bununla da "Volfsburq” tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin 1/4 finalında oynayacaq. "Real Madrid”in isə bu mərhələnin iştirakçısı olmasına artıq adət etmişik.

    Çempionlar Liqası, 1/8 final, cavab görüşləri

    8 mart

    23:45. "Real Madrid" (İspaniya) - "Roma" (İtaliya) - 2:0

    Qollar: Kriştianu Ronaldu, 64. Xames Rodriges, 68

    Baş hakim: Şimon Martsinyak (Polşa)

    Madrid. "Santyaqo Bernabeu"

    İlk oyun: 2:0

    23:45. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika) - 1:0

    Qol: Andre Şürrle, 74

    Baş hakim: Damir Skomina (Sloveniya)

    Volfsburq. "Volksvagen Arena"

    İlk oyun: 3:2

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi