"Real Madrid" ilə "Volfsburq" ilk 1/4 finalçılar oldular

"Real Madrid" ilə "Volfsburq" ilk 1/4 finalçılar oldular / Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib
Futbol
9 Mart , 2016 01:19
Real Madrid ilə Volfsburq ilk 1/4 finalçılar oldular

Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. "Report"un məlumatına görə, ilk 1/4 finalçılar İspaniya və Almaniyadakı matçlarda müəyyənləşib.

"Real Madrid” klubu İtaliya "Roma”sı ilə təkrar görüşdə də eyni hesablı qələbə qazanıb. Komandanın bombardiri Kriştianu Ronaldo Romadakı oyunda olduğu kimi hesabı açıb.

Pley-off mərhələsinin debütantları "Volfsburq”la "Gent”in duelində gözlənildiyi kimi, birincilər güclü olub. Almanlar Belçika çempionunu evdə də 1 top fərqi ilə yenib. Bununla da "Volfsburq” tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin 1/4 finalında oynayacaq. "Real Madrid”in isə bu mərhələnin iştirakçısı olmasına artıq adət etmişik.

Çempionlar Liqası, 1/8 final, cavab görüşləri

8 mart

23:45. "Real Madrid" (İspaniya) - "Roma" (İtaliya) - 2:0

Qollar: Kriştianu Ronaldu, 64. Xames Rodriges, 68

Baş hakim: Şimon Martsinyak (Polşa)

Madrid. "Santyaqo Bernabeu"

İlk oyun: 2:0

23:45. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika) - 1:0

Qol: Andre Şürrle, 74

Baş hakim: Damir Skomina (Sloveniya)

Volfsburq. "Volksvagen Arena"

İlk oyun: 3:2

Son xəbərlər

Orphus sistemi