Yuxarı

"Real Madrid" 16 yaşlı futbolçu ilə müqavilə bağlayıb

Martin Edeqor ildə 2,25 milyon avro qazanacaq

Bakı. 22 yanvar. REPORT.AZ/ Norveçin "Stremqodset" komandasının futbolçusu Martin Edeqor İspaniyanın "Real Madrid" klubuna keçib. "Report"un "kral klubu"nun rəsmi saytına istinadən verdiyi məlumata görə, 16 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq. 

O, əvvəlcə ikinci komandada Zinəddin Zidanın rəhbərliyi altında çıxış edəcək. "Stremqodset"in bu keçiddən 3 milyon avro, futbolçunun isə ildə 2,25 milyon avro qazanacağı bildirilir. Edeqorla İngiltərənin "Liverpul", Almaniya "Bavariya" və Hollandiyanın "Ayaks" klubları da maraqlanırdı. 

Qeyd edək ki, Martin Edeqor Norveç çempionatında 15 yaşında, ölkə millisində isə 16 yaşında debüt edib. O, Avropa çempionatının seçmə mərhələsində çıxış etmiş ən gənc futbolçudur. Norveç yığması AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi