Yuxarı

Ramin Musayev: "Superkubok oyunu üçün klublara müraciət etməyəcəyik"

Ramin Musayev: "Superkubok oyunu üçün klublara müraciət etməyəcəyik"
Bizə deyirlər ki, rəhbərlik önündə cavab verməliyik

Bakı. 24 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Super Kuboku uğrunda görüş bu il də keçirilməyə bilər. 

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib. 

R.Musayev bunu çempionata qədər komandaların avrokuboklara hazırlaşmaları ilə əlaqələndirib: "Superkubok oyununun çempionat ərəfəsində təşkili daha maraqlı olardı. Amma həmin vaxt klublarımızda problem yaranır. Çempion komanda Çempionlar Liqasına hazırlaşır, Azərbaycan Kubokunun qalibi isə Avropa Liqası haqqında düşünür. Klublar mətbuata və bizə fərqli açıqlama verirlər. Mətbuta açıqlamalarında oynamağa hazır olduqlarını iddia edirlər. Bizə isə deyirlər ki, avrokubok oyunlarımız var, rəhbərlik önündə cavab verməliyik. Ona görə də ötən mövsüm Superkubokla bağlı qərar vermədik".

PFL prezidenti bu mövsümün titul sahiblərinə Superkubok matçında üz-üzə gəlmələri üçün müraciət etməyəcəklərini də açıqlayıb: "Bu il Superkubokla bağlı danışıqlar olmayıb. Kubokun sahibi hələ bəlli deyil. Hazırda finalçı "Qəbələ" və "Keşlə" komandalarına Superkubokla bağlı heç nə deyə bilmərik. Finaldan sonra da müraciət etməyi düşünmürəm". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi