Ramil Şeydayev Rusiya Premyer Liqasında "Neftçi"nin rəqibinə qarşı çıxış edib

Ramil Şeydayev Rusiya Premyer Liqasında "Neftçi"nin rəqibinə qarşı çıxış edib Futbol üzrə Rusiya Premyer Liqasında 2019/2020 mövsümünə start verilib.
Futbol
12 İyul , 2019 22:58
Ramil Şeydayev Rusiya Premyer Liqasında Neftçinin rəqibinə qarşı çıxış edib

Futbol üzrə Rusiya Premyer Liqasında 2019/2020 mövsümünə start verilib.

"Report"un məlumatına görə, açılış matçında "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi Tula "Arsenal"ı ilə Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu Moskva "Dinamo"su üz-üzə gəlib.

Tuladakı "Arsenal" stadionunda keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Start heyətində yer alan Şeydayev 87-ci dəqiqədə yerini Vyaçeslav Qrulevə verib.

Qeyd edək ki, ilk turun qalan görüşləri 13-15 iyulda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi