Yuxarı

Rahid Əmirquliyev: “Bizə vəziyyətdən çıxmaq üçün qələbə lazım idi”

​Rahid Əmirquliyev: “Bizə vəziyyətdən çıxmaq üçün qələbə lazım idi”

"Bizə vəziyyətdən çıxmaq üçün qələbə lazım idi. Biz də çalışırıq ki, qələbə qazanaq və özümüzə gələk. Oyuna bu istəklə çıxmışdıq. İlk qolu tez buraxdıq. Ondan sonra komanda özünə gələ bilmədi".

"Report"un məlumatına görə, bu fikirləri "Səbail"in futbolçusu Rahid Əmirquliyev Premyer Liqanın XIV turunda səfərdə "Zirə"yə 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Yarımmüdafiəçi bildirib ki, qış fasiləsində komandada dəyişiklik olub-olmayacağından xəbərsizdir: "Bu barədə rəhbərlikdən soruşsanız, daha yaxşı olar. Düşünürəm ki, komanda güclənməlidir. Nəyəsə nail olmaq istəyiriksə, yeni nəfəs gəlməlidir".

Əmirquliyev "Səbail"də intizamla bağlı problemin olmadığını, lakin klub daxili problemlərin olduğunu sözlərinə əlavə edib: "Heç kim bu hesabla uduzmaq istəməzdi. Bu futboldur. Biz Qəbələdə də böyük hesabla məğlub olmuşduq. Sonra isə toparlana bilmişdik. Analiz edəcəyik.

Qarşıda "Zirə"ilə kubok matçımız var. İlk oyun evdədir. Çalışacağıq ki, əlimizdən gələni edək və kubokda növbəti mərhələyə yüksələk".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi