Qvardiola "Mançester Siti"nin "Uiqan"a uduzduğu oyundan sonra rəqib həmkarına hücum edib - VİDEO

Qvardiola "Mançester Siti"nin "Uiqan"a uduzduğu oyundan sonra rəqib həmkarına hücum edib - VİDEO Pol Kuk: "Onun üzündəki kədər mənə illərcə bəs edər"
Futbol
20 Fevral , 2018 13:31
Qvardiola Mançester Sitinin Uiqana uduzduğu oyundan sonra rəqib həmkarına hücum edib - VİDEO

Bakı. 20 fevral. REPORT.AZ/ İngiltərə Kubokunun 1/8 final matçında "Uiqan"a 0:1 hesabı ilə uduzan "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola rəqib həmkarı Pol Kuka hücum edib.

"Report"un məlumatına görə, insident oyun vaxtı və oyundan sonra baş verib. İspaniyalı mütəxəssis "Uiqan"ın baş məşqçisini itələyib. 

Kuk açıqlamasında həmkarını qorxaq adlandırıb: "Qvardiola mənə hücum etdi. Çünki o, qorxaqdır. Məğlubiyyəti qəbul edə bilmir. Ondan daha az pul xərcləyən və daha yaxşı olan insanlara hörmət etmir".

İngiltərəli mütəxəssis Qvardiolanın "Uiqan" cəmi bir dəqiq zərbə vurdu, o isə qolla nəticələndi" sözlərinə də cavab verib: "O, oyundan sonra bir qol ilə mərhələ adladığımızı dedi. Boksda da bir həmlə ilə ölümcül zərbə vuran, digərindən az iş görür? Qvardiola bəhanə axtarmasın. "Mançester Siti" məğlub oldu. Onun üzündəki kədər mənə illərcə bəs edər".

Qeyd edək ki, mərhələ bir oyundan ibarət olduğu üçün 1/4 finala "Uiqan" yüksəlib. 

Son xəbərlər

Orphus sistemi