Qurban Qurbanovun oğlu I Divizionda poker edib

Qurban Qurbanovun oğlu I Divizionda poker edib Futbol üzrə Azərbaycan I Divizionunda XIII tura yekun vurulub.
Futbol
9 Dekabr , 2019 16:14
Qurban Qurbanovun oğlu I Divizionda poker edib

Futbol üzrə Azərbaycan I Divizionunda XIII tura yekun vurulub.

“Report” xəbər verir ki, “Qarabağ-2”nin “Sabah-2”ni 5:1 hesabı ilə məğlub etdiyi oyunda Ağdam təmsilçisinin əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı 4 qol vuraraq poker edib.

9 dekabr (bazar ertəsi)

MOİK - “Neftçi-2” 1:1

Qollar: Orxan Həsənov, 53 - Vüsal Əsgərov, 43

“Keşlə-2” - “Qaradağ Lökbatan” 3:0

Qollar: Elmir Rəhimzadə, 4; Emin Quliyev, 90; Riad Abbaszadə, 90+2

“Sumqayıt-2” - “Səbail-2” 1:1

Qollar Elnur Cəfərov, 6 - Bahadur Həziyev, 42

“Turan Tovuz” - “Zirə-2” 2:1

Qollar: İlkin Sadıqov, 48-p.; Elçin Qasımov, 89 - Samir Ağayev, 55

“Ağsu” - “Zaqatala” 1:5

Qollar: Qalib Əmrahov, 90+3 - Yusif Həsənov, 15; Famil Camalov, 42-p.; 79, 86; Elçin Əlicanov, 81

“Sabah-2” - “Qarabağ-2” 1:5

Qollar: Zahid Mərdanov, 24-p. - Musa Qurbanlı, 5, 35, 57, 83; Cavid Bayramov, 71

Qeyd edək ki, Musa Qurbanlı 13 qolla bombardirlik yarışına başçılıq edir. “Qarabağ-2” 15 xalla 9-cu pillədə qərarlaşıb. Lider “Səbail-2”nin isə 27 xalı var.

Son xəbərlər

Orphus sistemi