Qurban Qurbanovun oğlu het-trik edib

Qurban Qurbanovun oğlu het-trik edib Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində son oyununu keçirib.
Futbol
19 Dekabr , 2018 15:37
Qurban Qurbanovun oğlu het-trik edib
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində son oyununu keçirib.

“Report” xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Region Liqasında çıxış edən “Tufan”a 8:0 hesabı ilə qalib gəlib.

Yığmanın heyətində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı het-trik edib. Vəli Məmmədovla Tural Bayramlının hərəyə 2 qol vurduğu oyunda Rüfət Abdullazadə də fərqlənib.

Yığma bununla da təlim-məşq toplanışını başa vurub.

Son xəbərlər

Orphus sistemi