Yuxarı

​Qurban Qurbanov: "O durumda deyiləm ki, "Zaqatala"ya hansısa köməklik edim"

Klubun öz rəhbərliyi var

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan I Divizionunda çıxış edən "Zaqatala" klubuna maddi dəstək göstərdiyinə dair xəbərlərə münasibət bildirib. 43 yaşlı mütəxəssis "Report"a açıqlamasında belə xəbərlərdən məlumatsız olduğunu söyləyib. 

O, bütün diqqətinin "Qarabağ"a yönəldiyini vurğulayıb. Q.Qurbanov deyib ki, "Zaqatala" klubunun öz rəhbərliyi var və kimin tərəfindən maliyyələşəcəyini tam dəqiq bilmirəm. Hər halda federasiya da bir təsisçi kimi kömək edəcək".

Baş məşqçi Zaqatala komandasına hansısa köməklik edəcək vəziyyətdə olmadığını da əlavə edib: "Mən o durumda deyiləm ki, Zaqatala komandasına hansısa köməklik edim və onların işinə qarışım".

Qeyd edək ki, "Zaqatala" klubunun prezidenti Qurban Qurbanovun qardaşı Musa Qurbanovdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi