Qurban Qurbanov: "Regional Liqada 8 komandanın 3 zonada çıxış etməsini qərara aldıq"

Qurban Qurbanov: "Regional Liqada 8 komandanın 3 zonada çıxış etməsini qərara aldıq" “Premyer Liqada dopinq-testlər götürüləcək"
Futbol
5 Oktyabr , 2017 19:43

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Regional Liqa ilə bağlı müzakirələrimiz oldu. Çox danışdığımızı deməzdim. Çünki hələ iş tamamlanmayıb. Bəzi komandalarla danışıq olacaq. Yeni liqada 8 komandanın 3 zonada çıxış etməsini qərara aldıq. Yaxın zamanlarda tam dəqiqləşəcək”. 

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov bu gün baş tutan iclasdan sonra deyib.

O, bildirib ki, iclasda dopinqlə bağlı da müzakirə aparılıb: “Premyer Liqada dopinq-testlər götürüləcək. Həmçinin aşağı yaş qrup komandalarına diqqətin artırılması ilə bağlı müəyyən söhbətimiz oldu. Limit məsələsini müzakirə etmədik”.

Qeyd edək ki, İcraiyyə Komitəsinin iclası bu gün Bakı Olimpiya Stadionunda baş tutub.

Son xəbərlər

Orphus sistemi