Yuxarı
    Bağlamaq

    Qurban Qurbanov: "Qarabağ"ın futbolçusu qeyri-etik jest edibsə, cəzalanacaq"

    Hakimliklə bağlı danışmıram. Ümumiyyətlə onların işinə qiymət vermirəm

    Bakı. 29 noyabr. REPORT.AZ/ "Çox vacib oyun idi. Hesabda geridə qalmağımıza baxmayaraq qələbə qazandıq. Futbolçularımı təbrik edir, "Qəbələ"yə uğurlar arzu edirəm. Bu komanda və onun baş məşqçisi ilə münasibətimiz həmişə yaxşı olub".

    "Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

    Q.Qurbanov Azərbaycan Premyer Liqasının XIII turunda "Qəbələ" ilə ev oyunundan sonra təşkil olunmuş mətbuat konfransında insidentdən danışıb:

    "Özüm birbaşa insident olan yerə getdim. Şahruddin səhvə yol veribsə, cəza alacaq. Ola bilər ki, sevindiyindən əl hərəkəti etsin. Amma qeyri-etik jest edibsə, cəzalanacaq. Komandamda belə bir şey ola bilməz. Amma açığı ondan bu addımı gözləmərəm. Penalti epizoduna gəlincə, bir dəfə olub ki, olmaya-olmaya penalti verilib və topu kənara vurmuşuq. Bu epizodda isə dəqiq görmək çətindir".

    O, hakim idarəçiliyindən danışıb:

    "Hakimliklə bağlı danışmıram. Ümumiyyətlə onların işinə qiymət vermirəm. Ağır oyunları idarə etmək o qədər də asan deyil. Konkret epizod olsa, cavab verə bilərəm. Amma ümumi epizodlara gəldikdə, qiymət vermək istəmərəm. Son dəqiqələrdə rəqib cərimə zərbəsi yerinə yetirəndə istəyirdim oyun bitsin. Çünki 10 nəfərlə qalmışdıq. Bizi əks-hücumda tuta bilərdilər. Həmin anda fikirlər fərqli olur. Qoldan sonra hər kəs meydanda idi. Bu səbəbdən Riçardla Ndlovunun birgə sevinməsinə nəsə deyə bilmərəm. Buraxdığımız qola gəlincə, bu cür epizodlar olur. Daha diqqətli olmaq lazımdır. Ümumi baxsaq, həm Elvinin, həm də Şehiçin səhvə yol verdiyini demək olar. Amma konkret kiminsə üstünə getsək, düzgün olmaz. İlk hissə düşündüyümüz kimi alındı. İkinci hissənin əvvəlində isə tempi bir az saxlaya bilmədik. Qarşılıqlı oyun getdi və səhvdən qol buraxdıq. Amma ümumi hər bir futbolçumdan razı qaldım".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi