Qurban Qurbanov: "Milli komandada məsuliyyət daha böyükdür" - MÜSAHİBƏ

Qurban Qurbanov: "Milli komandada məsuliyyət daha böyükdür" - MÜSAHİBƏ "Bu gün futbolçulardan istədikləri oyunu tələb etmək düzgün olmaz"
Futbol
29 Yanvar , 2018 19:30
Qurban Qurbanov: Milli komandada məsuliyyət daha böyükdür - MÜSAHİBƏ
Report

Antalya. 29 yanvar. REPORT.AZ/ "Klubla yığmanın fərqi var. Hamı başa düşür ki, bu, milli komandadır. Burada məsuliyyət daha böyükdür. Bunu hamı başa düşür. Futbolçularla düzgün münasibət qurmağa çalışırıq".

"Report"un Türkiyənin Antalya bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Moldova yığması ilə yoldaşlıq oyunundan əvvəl təşkil olunmuş brifinqdə deyib.

O bildirib ki, bu gün futbolçulardan istədikləri oyunu tələb etmək düzgün olmaz: "Hər klubun məşq və oyun tərzi fərqlidir. Yoxlama matçlarında məğlubiyyət önəmli deyil. "Neftçi"nin futbolçularına böyükhesablı məğlubiyyətə görə psixoloji yox, fiziki yorğunluq daha çox təsir edə bilər. Yoxlama matçlarında çox oynayıblar. Onların Moldova ilə matça hazır olma ehtimalları azdır. Hamımız peşəkarıq. Klub nəticələrini kənara qoymalıyıq.

- Moldova yığması ilə görüşdə nəticə nə dərəcədə vacibdir? 

- Nəticə mütləqdir. İlk oyunda uğurlu nəticə əldə etmək istəyirik. Bir oyun bizim üçün çox azdır. İstərdik ki, iki oyunumuz olsun. Bəlkə, Moldova yığmasını hazırlığı daha yaxşıdır. Çünki iki gün əvvəl Cənubi Koreyaya qarşı oynayıblar. Futbolçuları meydanda istəkləri və düşünmələri önəmli olacaq. Komandanı daha yaxşı hazırlamağa çalışırıq.

- "Qarabağ"a rotasiyalar edən məşqçi kimi tanınırsınız. Yığmada da eyni şey olacaq?

- Rotasiyaya ehtiyac yoxdur. Bütün futbolçuların meydanda olmasın istərdim. Özümdə təxmin etmişəm ki, bəzi mövqelər üzrə bir hissə oynasınlar. Bəziləri isə matçın gedişindən aslıdır.

- Start heyətini deyə bilərsiniz?

- Xeyr, sabah elan edəcəyəm.

- Klublarımızdan birini yoxlama matçı üçün rəqib seçmək olar?

- Klub səviyyəsində oynamaq istəmirəm. Lazım olsa, buna da gedərik. Amma istərdim ki, milli səviyyəsində olsun. Düşünmürəm ki, kluba qarşı oynasaq, böyük fayda götürərdik.

- Moldova ilə oyunda əvəzetmə neçə nəfər olacaq?

- Hər bir halda razılıq olacaq.

- Müdafiənin mərkəzində kim olacaq? Maksim Medvedev?

- Başqa hansı mövqe narahat edir? (gülür). Hamısın desəm, start heyət bilinər. Bəli, Maksim olacaq.

- "Sumqayıt"dan Amil Yunanovla Bəxtiyar Həsənəlizadənin yığmaya çağırılması geniş müzakirəyə səbəb olub. Bu barədə nə deyə bilərsiniz?

- Belə bir səbəb yoxdur. Təkcə ikisi yox, digəri də nəzərimizdədir. Bir oyun olduğun nəzərə alıb futbolçuları yalandan çağırmaq düzgün olmaz. 7-8 futbolçu nəzərimdədir. Çempionat oyunlarında onlara baxmışam. Bu gün 3 qapıçı çağırmışıqsa, bu, o demək deyil ki, həmişə onlar olacaq. Rəqibə uyğun heyət də fərqli olacaq. Daha çox futbolçular çağırıb hamıya inandığımı göstərmək düzgün deyil. 30 futbolçu çağırıb 15 oynatmaq yaxşı deyil. "Neftçi"də, "Qəbələ"də və başqa klublarda nəzərimdə olanlar var.

- Kamran Ağayev xəstə olduğu üçün məşqə gəlməyib. Sabah oynayacaq?

- Sabah bilinəcək. Qızdırması vardı.

- Futbolçularla fərdi söhbət edirsiniz?

- Bəziləri ilə olub. Həm də toplantılarda danışmışam. Ola bilər ki, bəzilərin daim nəzarətdə saxlayım.

- Bu gün "Qarabağ" yoxlama matçı oynayır. Heyəti siz müəyyənləşdirmisiniz, yoxsa komandanın başında qalan Rəşad Sadıqov?

- "Qarabağ"a və Rəşada uğurlar arzulayıram.

- Yığmada dəyişiləsi çox şey var?

- Hamısı peşəkar futboçudur. Robet Prosineçko da həmişə razılıq edirdi. Uğurlar qazanmaq üçün peşəkarlığımızı daha da artırmalıyıq. Başda mən olmaqla.

- Moldova yığmasının yoxlama matçını izlədiniz. Nə deyə bilərsiniz?

- Molodovalılar müdafiədə çox diqqətli oynayırlar. İstəkli komandadır.

- Eddi İsrafilov və Deniz Yılmazı dəvət edəcəksiniz?

- Hər toplantıda yeni futbolçu ola bilər. Kimi nə vaxt çağıracağımı deyə bilmərəm.

Son xəbərlər

Orphus sistemi