Qurban Qurbanov: "Komanda qələbə üçün nə lazım idisə etdi"

Qurban Qurbanov: "Komanda qələbə üçün nə lazım idisə etdi" "Futbolçular belə bir meydanda xarakter göstərdilər"
Futbol
12 Fevral , 2017 17:35
Qurban Qurbanov: Komanda qələbə üçün nə lazım idisə etdi

Bakı. 12 fevral. REPORT.AZ/ "Komandam qələbə üçün nə lazım idisə, bəlkə də artıqlaması ilə etdi".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz" üzərində qazanılan qələbədən sonra (1:0) keçirilən mətbuat konfransında deyib.

"Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular belə bir meydanda xarakter göstərdilər. Qələbə üçün nə lazımıydısa, komandam bəlkə artığını etdi. Azarkeşlərimizə təşəkkür edirəm, bu gün də stadiondaydılar. "Kəpəz" azarkeşlərinə də təşəkkür edirəm, məni və komandamı yaxşı qarşıladılar. Şahin Diniyev və "Kəpəz"ə qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi