Qurban Qurbanov: "Əsas məqsədimiz qol buraxmamaq idi"

Qurban Qurbanov: "Əsas məqsədimiz qol buraxmamaq idi" "Qarabağ"ın baş məşqçisi, səfərdə daha fərqli oyun qurmağa çalışacaqlarını bildirib
Futbol
15 İyul , 2015 23:55
Qurban Qurbanov: Əsas məqsədimiz qol buraxmamaq idi

Bakı. 15 iyul. REPORT.AZ/ "Çox düzgün müdafiə olunan, xarakter göstərən komandaya qarşı oynayacağımızı demişdim. Əsas məqsədimiz qol buraxmamaq idi. Buna da nail olduq. Sonadək bizə dəstək olan azarkeşlərə və sizə təşəkkür edirik". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Monteneqro "Rudar"ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündən sonra deyib.

O, səfərdə komandasını daha ağır oyun gözləyəcəyini amma daha fərqli oyun qurmağa çalışacaqlarını bildirib: "Cavab görüşünə daha yaxşı hazırlaşaraq, növbəti mərhələyə keçməyə çalışacağıq. Digər planlar üzərində də işləmişdik. Amma qol epizodlarından yararlana bilmədik. Razıyam, çatışmazlıqlar var. Cavab görüşünədək aradan qaldırmağa çalışacağıq. Rəqibi də yaxından tanıdım".

Qurbanov hər iki komandanın yaxşı müdafiə olunduğunu, eyni zamanda Qarabağ"ın düşünülmüş hücumlarının olduğunu söyləyib. O, komanda üzərindəki təzyiqə normal yanaşdığını da dilə gətirib: "Cəmiyyət arasında bizim barədə çox rahat danışılır. Bunları başa düşürük. Çalışmalıyıq ki, təzyiqlərdən çıxış yolu tapaq".

Baş məşqçi hücumlar zamanı son vuruşları yerinə yetirə bilməmələrini rəqibin müdafiədə çox yaxşı oynaması ilə əlaqələndirib. O, Qara Qarayevi əvəzləməsinin səbəbini də açıqlayıb: "Qaranı ona görə əvəzlədim ki, bir az da qalsaydı, bəlkə də sarı vərəqə alacaqdı. Bunadək bir sarı vərəqəsi var idi və rəqibin əks-hücumları zamanı növbəti kobudluğa yol verməsi qırmızı vərəqə ilə nəticələnə bilərdi".

Qeyd edək ki, "Rudar"la görüşdə hesab açılmayıb. Cavab görüşü iyulun 22-də Monteneqroda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi