Qurban Qurbanov DÇ-2018-in yekunlarına həsr olunmuş tədbirdə iştirak edəcək

Qurban Qurbanov DÇ-2018-in yekunlarına həsr olunmuş tədbirdə iştirak edəcək Bakı. 30 iyul. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən tədbridə iştirak edəcək.
Futbol
30 İyul , 2018 13:52
Qurban Qurbanov DÇ-2018-in yekunlarına həsr olunmuş tədbirdə iştirak edəcək

Bakı. 30 iyul. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən tədbridə iştirak edəcək. 

"Report" FIFA-nın saytına istinadən xəbər verir ki, quruma üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri də sentyabrın 23-də İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbirə dəvət olunublar.

Qeyd edək ki, təbdirdə ilin ən yaxşı baş məşqçisi və futbolçusu bəlli olacaq. 

Son xəbərlər

Orphus sistemi