Yuxarı
    Bağlamaq

    Qurban Qurbanov: "Dani Kintananın yoxluğu "Qarabağ"a təsir edəcək"

    Təəssüf ki, əsas oyunçumuzu itirdik

    Bakı. 3 fevral. REPORT.AZ/ "Çox vacib qələbə qazandıq. Həqiqətən ağır oyun oldu. Oyuna pis başladıq. Rəqib yaxşı müdafiə olunurdu. İlk hissədə bir neçə şansımız olsa da, istifadə edə bilmədik. Təəssüf ki, əsas oyunçumuz Kintananı itirdik. Oyunçuları, azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdakı oyunlarda rəqibə uğurlar arzulayıram".

    "Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVI turunda AZAL-a səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

    45 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

    - Dani Kintananın yoxluğu çempinluq uğrunda mübarizədə komandaya nə dərəcədə təsir edəcək?

    - Təsiri olacaq. İstənilən halda Kintana kimi oyunçunun olmaması hər hansı problem yaradacaq. Oyunumuzda topla davranmada sıxıntılarımız olacaq. Onun vəziyyətinə sabah tam aydınlıq gələcək.

    - Komandanız iki oyundur hesabda geri düşür. Bunun səbəbi nədir?

    - Bu, hansısa diqqətsizlikdən irəli gəlir. Komanda daha çox rəqib meydanında keçirirsə, istənilən halda müdafiədə boşluqlar verir. Bu gün də rəqibə bu cür imkan verdik. O da, sürətindən istifadə edərək məhsuldar ötürmə verdi. Bu cür boşluqların olması normaldır, ancaq çalışmalıyıq ki, belə səhvlərə yol verməyək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi