Qurban Qurbanov 21 futbolçu ilə millinin təlim-məşq toplanışına start verib

Qurban Qurbanov 21 futbolçu ilə millinin təlim-məşq toplanışına start verib Komanda bu gün saat 18:00-da ilk məşqinə çıxacaq
Futbol
23 May , 2018 14:22
Qurban Qurbanov 21 futbolçu ilə millinin təlim-məşq toplanışına start verib

Bakı. 23 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan yığmasının təlim-məşq toplanışına start verilib.

Milli komandalar üzrə mətbuat xidmətindən “Report”a verilən məlumata görə, “Hyatt Regency” otelində məskunlaşan yığmanın düşərgəsində 21 futbolçu var. Almaniyanın “Aue” klubunun fomrasını geyinən Dmitri Nazarov sabah, “Qəbələ” futbolçuları – Cavid Hüseynov, Təmkin Xəlilzadə və İlqar Qurbanov, eləcə də “Keşlə”nin üzvləri Kamran Ağayevlə Slavik Alxasov isə mayın 28-də Azərbaycan Kubokunun final matçından sonra baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaqlar.

“Qəbələ”nin cəzalı olduqları üçün final matçını buraxacaq oyunçuları – Ruslan Qurbanov və Urfan Abbasov artıq milliyə qoşulublar.

Komanda bu gün saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda ilk məşqinə çıxacaq.Qeyd edək ki, Azərbaycan millisi mayın 23-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 6-dək Astanada, iyunun 7-dən 9-dək Riqada təlim-məşq toplanışı keçəcək. Yığma mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya kollektivi ilə yoldaşlıq oyunu çərçivəsində üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi