Qətər yığmasının baş məşqçisi: "Azərbaycan millisi güc futboluna üstünlük verir"

Qətər yığmasının baş məşqçisi: "Azərbaycan millisi güc futboluna üstünlük verir" Xorxe Fossati: "Bizi ağır oyun gözləyir"
Futbol
1 Fevral , 2017 11:29
Qətər yığmasının baş məşqçisi: Azərbaycan millisi güc futboluna üstünlük verir

Bakı. 1 fevral. REPORT.AZ/ Futbol üzrə Qətər milli komandasının baş məşqçisi Xorxe Fossati Azərbaycan yığması ilə martın 9-da keçirəcəkləri yoldaşlıq görüşü barədə danışıb.

"Report"un "The Peninsula" nəşrinə istinadən verdiyi məlumata görə, uruqvaylı mütəxəssis komandasını ağır oyunun gözlədiyini bildirib. O, Azərbaycan yığmasını daha çox güc futboluna üstünlük verən komanda kimi dəyərləndirib: "Gərgin matç olacaq. Rəqibimiz fiziki oyun üslubuna üstünlük verir. Azərbaycan yığması ilə görüş martın sonlarında İran və Özbəkistanla keçirəcəyimiz rəsmi oyunlara hazırlıq baxımından önəmlidir".

Qeyd edək ki, FİFA-nın son reytinq siyahısında Qətər 85-ci, Azərbaycan isə 90-cı pillədə qərarlaşıb. İki ölkənin yığmaları arasındakı qarşılaşma Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionda oynanılacaq. Matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlanacaq. Qətər yığması martın 23-də İran, martın 28-də Özbəkistan milliləri ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçına çıxacaq. Azərbaycan yığması isə növbəti rəsmi oyununu DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində Bakıda Almaniyaya qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi