Qətər yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Qətər yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb Heyətdəki 28 futbolçudan 2-si legionerdir
Futbol
6 Mart , 2017 11:03
Qətər yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Bakı. 6 mart. REPORT.AZ/ Futbol üzrə Qətər milli komandasının martın 9-da Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. "Report"un Qətər Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Xorxe Fossati hazırlıq prosesinə 28 futbolçu cəlb edib.

Onlardan cəmi 2-si legionerdir. Bununla belə, heyətdə milliləşdirilmiş futbolçulara da rast gəlmək mümkündür.

Qətər yığmasının heyəti: Həsən əl-Haydos, Səəd əl-Şib, İbrahim Məcid, Pedro Migel, Həmid İsmayıl, Əli Əsəd, Məhəmməd Kasola, Kərim Budiaf, Əhməd Yasir, Asim Madibo, Məhəmməd Musa, Luis Martin, Əli Afif, Moiz Əli, Musab əl-Kader, Əhməd Əlaa, Sebastyan Soriya, Rodriqo Tabata, Ömər Barri, Meşal Abdulla, Əhməd Abdul Maqsud, Yasir Abu Bəkr, Abu Bəkr əl-Xəlifə, Mehdi Əli, Yusif Həsən, Bualem Xuxi, Əkrəm Afif ("Sportinq" Xixon, İspaniya), Fəhəd əl-Abdurrahman ("Eypen", Belçika).

Qeyd edək ki, Dohadakı Şeyx Cassim ibn Hamad adına stadionda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi