"Qəbələ" UEFA Gənclər Liqasında ilk oyununu keçirib

"Qəbələ" UEFA Gənclər Liqasında ilk oyununu keçirib Qəbələ. 3 oktyabr. REPORT.AZ/ Qəbələnin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında 2018-2019 mövsümündə ilk oyununu keçirib.
Futbol
3 Oktyabr , 2018 19:57
Qəbələ UEFA Gənclər Liqasında ilk oyununu keçirib

Qəbələ. 3 oktyabr. REPORT.AZ/ "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında 2018-2019 mövsümündə ilk oyununu keçirib.

"Report" xəbər verir ki, I mərhələdən mübarizəyə başlayan "qırmızı-qaralar” Qəbələ şəhər stadionunda Moldova "Şerif”i ilə üz-üzə gəlib. 

Emin İmaməliyevin baş məşqçi olduğu kollektiv rəqibinin müqavimətini qıra bilməyib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşdə hesabı qonaqlar açıb. Danilo İqnatov 31-ci dəqiqədə Moldova təmsilçisini hesabda önə çıxarıb. 57-ci dəqiqədə isə Əli Sadıxov penalti zərbəsini dəqiq yerinə yetirib.

Qeyd edək ki, cavab oyunu oktyabrın 24-də Tiraspolda keçiriləcək. 

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, ilk oyun

3 oktyabr

18:00. "Qəbələ” (Azərbaycan) – "Şerif” (Moldova) - 1:1

Qollar: Əli Sadıxov, 57 (p) - Danilo İqnatov, 31

Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)

Qəbələ şəhər stadionu

Manaf Qasımbəyli

Son xəbərlər

Orphus sistemi