Qəbələ. 3 oktyabr. REPORT.AZ/ "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında 2018-2019 mövsümündə ilk oyununu keçirib.
"Report" xəbər verir ki, I mərhələdən mübarizəyə başlayan "qırmızı-qaralar” Qəbələ şəhər stadionunda Moldova "Şerif”i ilə üz-üzə gəlib.
Emin İmaməliyevin baş məşqçi olduğu kollektiv rəqibinin müqavimətini qıra bilməyib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşdə hesabı qonaqlar açıb. Danilo İqnatov 31-ci dəqiqədə Moldova təmsilçisini hesabda önə çıxarıb. 57-ci dəqiqədə isə Əli Sadıxov penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, cavab oyunu oktyabrın 24-də Tiraspolda keçiriləcək.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, ilk oyun
3 oktyabr
18:00. "Qəbələ” (Azərbaycan) – "Şerif” (Moldova) - 1:1
Qollar: Əli Sadıxov, 57 (p) - Danilo İqnatov, 31
Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)
Qəbələ şəhər stadionu
Manaf Qasımbəyli