"Qəbələ" Rumıniya klubu ilə yoxlama oyununda qələbəni əldən verib

"Qəbələ" Rumıniya klubu ilə yoxlama oyununda qələbəni əldən verib Qəbələ komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında son yoxlama oyununu keçirib.
Futbol
25 Yanvar , 2020 20:33
Qəbələ Rumıniya klubu ilə yoxlama oyununda qələbəni əldən verib

"Qəbələ" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında son yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, rəqib Rumıniya "Konkordiya"sı olub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

"Qırmızı-qaralar" hesabda iki dəfə önə keçsələr də, qələbəni qoruya bilməyiblər. Azərbaycan təmsilçisinin qollarını 21-ci dəqiqədə Asif Məmmədov və 52-ci dəqiqədə Amin Seydiyev vurub.

Beləliklə, Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv Antalyanı 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətlə tərk edir. İlk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan "Qəbələ" ardından Rusiya təmsilçisi "Çayka"nı 3 cavabsız qolla üstələyib. "Qırmızı-qaralar" daha sonra Bolqarıstan "Etar"ı ilə qolsuz bərabərə qalıb.

Bununla da Azərbaycan klublarının Türkiyədəki təlim-məşq toplanışı başa çatıb. Komandaları gələn həftəsonu Premyer Liqanın XV turu gözləyir.

Son xəbərlər

Orphus sistemi