​"Qəbələ"nin rəqibi braziliyalı hücumçu alır

​"Qəbələ"nin rəqibi braziliyalı hücumçu alır 26 yaşlı Pato hazırda "San-Paulu"da çıxış edir
Futbol
7 Oktyabr , 2015 15:23
​Qəbələnin rəqibi braziliyalı hücumçu alır

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Qəbələ"nin futbol üzrə Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniyanın "Borussiya" klubu heyətini braziliyalı futbolçu ilə gücləndirə bilər. "Report"un məlumatına görə, Dortmund təmsilçisi hazırda icarə əsasında Braziliya "San-Paulu"sunda çıxış edən Aleşandre Patonu transfer etmək niyyətindədir.

Müqavilə ilə Braziliyanın "Korintians" klubuna məxsus 26 yaşlı hücumçunun keçidi baş tutmasa, "Ştutqart"da forma geyinən Daniel Qinçek üçün hərəkətə keçiləcək.

Qeyd edək ki, "Borussiya" oktyabrın 22-də Bakıda "Qəbələ"nin qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi