"Qəbələ"nin Makedoniya klubu ilə yoxlama matçında dava düşüb

"Qəbələ"nin Makedoniya klubu ilə yoxlama matçında dava düşüb "Şkendiya"nın oyunçusu Ruslan Qurbanovu vurub
Futbol
3 Fevral , 2018 19:40
Qəbələnin Makedoniya klubu ilə yoxlama matçında dava düşüb

Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində "Qəbələ" və "Şkendiya" komandaları (Makedoniya) arasındakı yoxlama matçında kütləvi dava baş verib.

"Report"un məlumatına görə, insidentə 39-cu dəqiqədə "Şkendiya" futbolçusunun "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Filip Ozobiçə qarşı kobud oyunu səbəb olub.

Daha sonra Stiven Monroz Makedoniya klubunun futbolçularından birinin kobud ifadəsi ilə qarşılaşıb. Bunu görən "Qəbələ"nin və "Şkendiya"nın ehtiyat oyunçular skamyasında oturanlar da meydana girib. Tərəflər arasındakı dava zamanı "Şkendiya"nın oyunçularından biri "Qəbələ"nin hücumçusu Ruslan Qurbanovu vurub. Təqribən 2 dəqiqəyədək davam edən mübahisələrin sonunda tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, ilk yarıdan sonra "Qəbələ" hesabda geridədir - 0:2.

Son xəbərlər

Orphus sistemi