"Qəbələ"nin legioneri: "Vətəndən kənarda uzun müddət qalmaq ağırdır"

"Qəbələ"nin legioneri: "Vətəndən kənarda uzun müddət qalmaq ağırdır" "Hazırda bütün fikirlərimiz çempionatda "Qarabağ"a çatmaq və Azərbaycan Kubokunda uğurla çıxış etməkdən ibarətdir"
Futbol
20 Dekabr , 2017 14:57
Qəbələnin legioneri: Vətəndən kənarda uzun müddət qalmaq ağırdır

Bakı. 20 dekabr. REPORT.AZ/ "Azərbaycanda qış fasiləsi, məzuniyyət də daxil olmaqla, 2 aydan az çəkir. Hazırlıq prosesinin qısamüddətli olması yaxşıdır. Yadımdadır, Ukraynada çıxış etdiyim vaxt 3 təlim-məşq toplanışına uçmaq lazım gəlirdi. "Qəbələ"də isə 2 hazırlıq prosesimiz olacaq. Özü də toplanışlar arasındakı fasilə zamanı ailələrimizi də Antalyaya apara biləcəyik".

"Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun futbolçusu Vitali Vernidub "UA-Futbol"a müsahibəsində deyib. 30 yaşlı müdafiəçi hazırda bütün diqqətlərinin Azərbaycan Premyer Liqasının lideri "Qarabağ"a çatmaqdan ibarət olduğunu bildirib: "Klubumla müqaviləm cari mövsümün sonunda başa çatır. Hələ gələcək karyeram barədə düşünməmişəm. Hazırda bütün fikirlərimiz çempionatda "Qarabağ"a çatmaq və Azərbaycan Kubokunda uğurla çıxış etməkdən ibarətdir. Artıq komandamız kubokda yarımfinala yüksəlib. Vətəndən kənarda uzun müddət qalmaq ağırdır. Ümidvaram ki, bir müddət sonra Ukraynaya qayıdacaq və evimdə də oynayacağam".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 14 turdan sonra "Qəbələ" 31 xalla 2-ci pillədə qərarlaşıb və lider "Qarabağ"dan 6 xal geri qalır. 

Son xəbərlər

Orphus sistemi