Yuxarı

"Qəbələ"nin hücumçusu: "Bütün komanda şokdadır"

"Qəbələ"nin hücumçusu: "Bütün komanda şokdadır"
Gələcəyimlə bağlı hər hansı problem görmürəm

Bakı. 29 may. REPORT.AZ/ “Çətin oyun oldu. “Keşlə” yaxşı komandadır və bizə ciddi müqavimət göstərdi. Təəssüf ki, uduzduq. Amma bu, həyatdır, hər şey ola bilər”.

"Report"un məlumatına görə, bunu Azərbaycan Kubokunun finalında “Keşlə”yə 0:1 hesabı ilə uduzan “Qəbələ” klubunun futbolçusu Stiven Jozef-Monroz jurnalistlərə açıqlamasında deyib. 28 yaşlı hücumçu bərabər səviyyəli oyunun taleyini bir qolun həll etdiyini bildirib: "Bizim də təhlükəli epizodlarımız oldu. Kuboka çox yaxınlaşmışdıq. Amma hər şeyi 1 qol həll etdi. Bütün komanda şokdadır, hamımıza çətindir".

Fransalı oyunçu məğlubiyyətin səbəblərini deməkdə çətinlik çəkdiyini də əlavə edib: "Bu haqda danışmaq mənə ağırdır. Niyə belə olduğunu bilmirəm. Hamı meydanda var gücü ilə oynadı, amma nəticədə “Keşlə” qələbə qazandı". 

Jozef-Monroz “Qəbələ”dəki gələcək taleyinə də toxunub: “Bu oyundan sonra evə istirahətə yollanacağam. Sonra isə Avropa Liqasının seçmə mərhələsinə hazırlıq olacaq. Komandadakı gələcəyimlə bağlı hər hansı problem görmürəm. Azərbaycanda qalacağam. “Qəbələ” ilə davam edən müqaviləm var və sonuna qədər oynamaq istəyirəm. Bu komandada çıxış etmək xoşuma gəlir”.

Qeyd edək ki, Stiven Jozef-Monroz "Qəbələ"yə 2017-ci il iyunun 23-də transfer olub. O, həmin vaxt 2 illik müqaviləyə imza atıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi