"Qəbələ"nin Almaniya hava limanında saxlanılmış futbolçusunun adı məlum olub

"Qəbələ"nin Almaniya hava limanında saxlanılmış futbolçusunun adı məlum olub Teo Uiks oturum problemi ilə üzləşib
Futbol
10 Dekabr , 2016 13:37
Qəbələnin Almaniya hava limanında saxlanılmış futbolçusunun adı məlum olub

Bakı. 10 dekabr. REPORT.AZ/ "Qəbələ" klubunun futbolçularından biri Almaniyanın Frankfurt hava limanında problemlə üzləşib. "Report"un "focus.de"yə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan oyunçu Portuqaliyadan aldığı oturum icazəsi müddətinin 4 dekabrda başa çatması səbəbindən federal polis əməkdaşları tərəfindən saxlanılıb. 

Hadisə "qırmızı-qaralar" "Maynts"la Avropa Liqasının qrup mərhələsinin VI tur matçına yollanarkən baş verib. Xəbərdə bildirilir ki, hərtərəfli araşdırmalardan sonra istisna hal kimi həmin futbolçuya 60 avroluq müvəqqəti viza açılıb. Bundan sonra futbolçu sərbəst buraxılıb və məsələ meydanda ədalətli oyunun xeyrinə həll olunub.

Klubun meneceri Səbuhi Səfiyarlı "Report"a açıqlamasında belə bir hadisənin baş verdiyini təsdiqləyib. O, belə bir problemlə liberiyalı yarımmüdafiəçi Teo Uiksin üzləşdiyini söyləyib: "Uiksin Portuqaliya oturumunda qalma müddəti ilə bağlı problem çıxmışdı. Sonradan özləri 3 günlük Almaniya vizası verdilər. Ciddi bir problem deyildi və tezliklə həllini tapdı". 

Qeyd edək ki, görüş "Maynts"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Teo Uiks "Qəbələ"yədək Türkiyənin "Ankaraspor", "Ankaragücü", "Çaykur Rizespor", "Göztepe", Portuqaliyanın "Maritimu", Kiprin "Ermis Aradippu" komandalarında çıxış edib. 

Son xəbərlər

Orphus sistemi