Yuxarı

​"Qəbələ"nin Dabo üçün ödədiyi məbləğ məlum olub

Bakı mənə kiçik Dubayı xatırladır

Bakı. 3 avqust. REPORT.AZ/ "Qəbələ" klubunun fransalı futbolçu Baqali Dabo üçün ödədiyi transfer məbləği müəyyənləşib. "Report"un "Le Parisien"ə istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" 28 yaşlı hücumçunu Fransa "Kretey"indən almaqdan ötrü 40 min avrosundan keçib.

Dabo Bakı ilə bağlı fikirlərini də bölüşüb: "Bakı mənə kiçik Dubayı xatırladır. Görürük ki, şəhər inkişaf edir. Komanda yoldaşlarım kimi mən də dördulduzlu hoteldə qalıram. Otağım Kreteydəki 54 kv.m-lik evimi əvəzləyir".

"Qəbələ"də debütünü Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstan "Samtredia"sına (5:1) qarşı edən təcrübəli forvard 5 oyunda 436 dəqiqə meydanda olub və 3 qol ötürməsi verib.

Qeyd edək ki, "Loryan” klubunun yetirməsi olan Baqali Dabo karyerası ərzində "İvri” (2008 - 2011), "Kretey” (2011 - 2013, 2014 - 2016) və "İstr” (2013-2014) klublarının şərəfini qoruyub. "Kretey" ötən mövsümün yekunlarına əsasən, Fransa II Liqasını tərk edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi