"Qəbələ"nin baş məşqçisi: “Şansları dəyərləndirə bilmədik”
Futbol
- 07 fevral, 2020
- 18:07
"Belə çətin olacağını bilirdik. Rəqib də fasilədən sonra ilk oyunda uduzmuşdu. Bu gün öz meydanında çıxış edirdi. Qış fasiləsində bəzi dəyişikliklər oldu. Yeni transferlər komandaya gec qoşulduğu üçün istədiyimiz oyunu sərgiləyə bilmirik. Amma komandanın potensialı var. İnanıram ki, uğurlu nəticələr əldə edəcəyik".
"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XVI turunda səfərdə "Sabah"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, komandanın psixologiyası yerindədir: "Sadəcə qollarda ani diqqətsizlik oldu. Standart vəziyyətlərdən qollar buraxdıq. İlk hissədə yaxşı şanslarımız oldu. Amma dəyərləndirə bilmədik".
Son xəbərlər
12:29
Masazırda iki qadın qətlə yetirilib
Hadisə12:18
"Miniboss Biznes Məktəbi"nin keçirdiyi startap forumlarda indiyədək 90-dan çox layihə təqdim edilib
Biznes12:17
KİV: İslamabadda İran-ABŞ danışıqları bir gün davam edəcək
Digər ölkələr12:11
Cəlilabadda 17 kiloqram narkotik aşkarlanıb
Hadisə12:10
Luis Enrike PSJ ilə yeni müqavilə imzalamağa yaxındır
Futbol12:03
Tərtərdə iki nəfər dönərdən zəhərlənib
Daxili siyasət12:00
Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub
Hadisə11:57
Alina Xələfova: "Miniboss Biznes Məktəbi" çox sayda şagirdə həm nəzəri, həm də praktiki biliklər verir"
Biznes11:46