Azərbaycan klubunun baş məşqçisi mətbuat konfransına ailə üzvləri ilə birgə qatılıb

Azərbaycan klubunun baş məşqçisi mətbuat konfransına ailə üzvləri ilə birgə qatılıb Həyat yoldaşı və oğlu yarıəsəbi vəziyyətdə olan Roman Qriqorçuku sonadək dinləyiblər
Futbol
18 Sentyabr , 2015 14:44
Azərbaycan klubunun baş məşqçisi mətbuat konfransına ailə üzvləri ilə birgə qatılıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Qəbələ"nin Yunanıstan PAOK-u ilə keçirdiyi futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından sonra qeyri-adi olay baş verib. "Report"un məlumatına görə, "Bakcell Arena"da baş tutan mətbuat konfransına yerli komandanın baş məşqçisi Roman Qriqorçuk ailə üzvləri ilə birgə qatılıb. 

50 yaşlı mütəxəssisin həyat yoldaşı Alina Qriqorçuk və oğlu Timerlan konfrans zalında jurnalistlərlə yanaşı oturublar. Onlar 0:0 hesablı heç-heçənin ardından yarıəsəbi vəziyyətdə olan ailə başçısını sonadək dinləyiblər. 

Son xəbərlər

Orphus sistemi