"Qəbələ"nin baş məşqçisi: "İnanıram ki, bu klub yaşayacaq"

"Qəbələ"nin baş məşqçisi: "İnanıram ki, bu klub yaşayacaq" Çətin oyunun olacağını və rəqibin evdə yaxşı oyun sərgilədiyini bilirdik. Uduzmaq istəmirdik. Oyunun gedişatından razı qalmasam da, nəticədən razıyam.
Futbol
8 Dekabr , 2019 17:57
Qəbələnin baş məşqçisi: İnanıram ki, bu klub yaşayacaq

"Çətin oyunun olacağını və rəqibin evdə yaxşı oyun sərgilədiyini bilirdik. Uduzmaq istəmirdik. Oyunun gedişatından razı qalmasam da, nəticədən razıyam".

"Report" xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis qırmızı vərəqə alan Anar Nəzirov və Qismət Alıyevin klubdaxili intizam kodeksinə uyğun cəzalanacağını bildirib: "Nəzirov səbrli olmalı, özünü cilovlamalı idi. Hakimlikdən narazılığımız yoxdur".

Baxşıyev komandadaxili vəziyyət barədə söz-söhbətlərə isə belə reaksiya verib: "Hələ heyətin gücləndirilməsi barədə danışmamışıq. Kubok oyunlarından sonra hər şeyə aydınlıq gələ bilər. Futbolçularımıza təklifin gəlməsi sevindiricidir. Amma çalışacağıq ki, onlarla danışıb heyətdə saxlayaq. Söz-söhbətlərin komandaya təsiri olmadığını deyə bilmərik. İnanıram ki, bu klub yaşayacaq".

Son xəbərlər

Orphus sistemi