Yuxarı

"Qəbələ"nin Avropa Liqasında ev oyunlarını keçirəcəyi stadion məlum olub

Qəbələ klubunun ilk ev oyunu sentyabrın 17-də Yunanıstan PAOK-una qarşı olacaq

Bakı. 29 avqust. REPORT.AZ/ "Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsində ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib. Bu barədə "Report"a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Onun sözlərinə görə, "qırmızı-qaralar" rəqiblərini Qəbələdə deyil, Bakıda "Bakcell Arena"da qəbul edəcək. Stadionun ot örtüyü sentyabrın 3-də Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına hazırlanır. "Qəbələ"nin ilk ev oyunu sentyabrın 17-də Yunanıstan PAOK-una qarşı olacaq.

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında II təsnifat mərhələsindən etibarən ev oyunlarını Bakının 8-ci km qəsəbəsində yerləşən stadionda keçirib. 2012-ci il sentyabrın 14-də rəsmən açılan arena 11 mindən çox tamaşaçı tutur. Avroliqanın qrup mərhələsində "qırmızı-qaralar"ın rəqibləri "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və "Krasnodar" (Rusiya) olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi