"Qəbələ" - "Lill" matçının başlama saatı açıqlanıb

"Qəbələ" - "Lill" matçının başlama saatı açıqlanıb Bakıda keçiriləcək Avropa Liqası qarşılaşmasının start fiti saat 21:00-da çalınacaq
Futbol
23 İyul , 2016 15:08
Qəbələ - Lill matçının başlama saatı açıqlanıb

Bakı. 23 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında mübarizəni davam etdirən "Qəbələ"nin Fransanın "Lill" komandası ilə cavab oyununun başlama saatı açıqlanıb. 

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 4-də Bakıda keçiriləcək qarşılaşmanın start fiti saat 21:00-da çalınacaq.

Görüş "Bakcell Arena"da baş tutacaq. Əvvəlki mərhələdə "Qəbələ"nin Macarıstan MTK-sı ilə cavab matçı da eyni saatda başlayıb. 

Xatırladaq ki, ilk oyun iyulun 28-də Lill şəhərindəki "Metropol" stadionunda baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi