Yuxarı
    Bağlamaq

    "Qəbələ" klubu hücumçusu ilə yollarını ayırıb

    Ermin Zets 36 oyuna 10 qol vurub

    Bakı. 21 may. REPORT.AZ/ “Qəbələ” İdman Klubu futbolçu Ermin Zetslə yollarını ayırıb. "Report" xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın rəsmi saytı məlumat yayıb. 

    Klub bosniya və herseqovinalı futbolçuya qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

    Qeyd edək ki, Ermin Zets 2015-ci ilin iyulundan “Qəbələ”də çıxış edib. O, 36 oyuna 10 qol vurub. 28 yaşlı legioner Premyer Liqada 23 oyunda 7, Azərbaycan kubokunda 4 oyunda 3 qol vurub, Avropa Liqasında 9 matçda forma geyinib. Zets komanda ilə Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi