Yuxarı
    Bağlamaq

    ​"Qəbələ" ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb - VİDEO

    Azərbaycan klubu Panatinaikosu mübarizədən kənarlaşdırıb

    Bakı. 28 Avqust. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Avropa Liqasının "play-off" mərhələsinin cavab qarşılaşmaları keçirilib.

    "Report" xəbər verir ki, bu mərhələdə Azərbaycanın ikinci təmsilçisi olan "Qəbələ" klubu səfərdə Yunanıstanın adlı-sanlı "Panatinaikos" klubunun qonağı olub.

    Gərgin keçən qarşılaşma 2:2 hesabı ilə heç-heçə başa çatıb (İlk oyun 0:0) və iki oyunun nəticəsinə görə, Azərbaycan klubu tarixində ilk dəfə olaraq Avropa Liqasının final mərhələsinə vəsiqə qazanıb.

    Qeyd edək ki, bir qədər əvvəl Ağdamın "Qarabağ" klubu da İsveçrənin "Young Boys" klubu üzərində qələbə qazanaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 

    Avropa Liqası. "Play-off" mərhələsi

    "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) - 2:2

    Qollar: Dodo, 6 (0-1), Markus Berg, 34 (1:1), Dodo, 60 (1-2), Nano, 78 (2-2)

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi