"Qəbələ"dən gedən futbolçular və komandanın yeni transferləri açıqlanıb

"Qəbələ"dən gedən futbolçular və komandanın yeni transferləri açıqlanıb 7 oyunçu göndərilib, 5-i ilə müqavilə bağlanılıb
Futbol
10 İyun , 2015 18:03
Qəbələdən gedən futbolçular və komandanın yeni transferləri açıqlanıb

Bakı. 10 iyun. REPORT.AZ/ 2015/2016 mövsümünün hazırlıqlarına start verən “Qəbələ” klubu 7 futbolçu ilə yollarını ayırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqavilə müddəti başa çatmış futbolçulardan Viktor Mendi, Bəxtiyar Soltanov, Pavol Farkaş, Aleksandru Benqa, Mixail Sivakov, Ruslan Fomin və Cavidan Hüseynzadə ilə əməkdaşlığa son verilib.

2015/2016 mövsümünün transfer çalışmalarına da start verən “Qəbələ” heyətini gücləndirmək istiqamətində addımlar atıb. 5 futbolçu növbəti mövsümdən “qırmızı-qaralar”ın formasını geyəcək. Bunlar qapıçı Andrey Popoviç, müdafiəçilər Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov, yarımmüdafiəçilər Samir Zərgərovla Asif Məmmədovdur

Son xəbərlər

Orphus sistemi