Yuxarı
    Bağlamaq

    “Qəbələ” Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyununda “İnter”i məğlub edib

    Bu komandalar arasında cavab oyunu bu il aprelin 5-də Qəbələdə keçiriləcək© courtesy image

    Bakı. 30 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bir matç baş tutub.

    "Report"un məlumatına görə, “İnter” paytaxtda “Qəbələ”ni qəbul edib. Görüşdə hesabı 15-ci dəqiqədə qonaqlar açıblar. Xorvatiyalı Daniel Subotiç penaltini qola çevirib. Lakin meydan sahibləri 3 dəqiqə sonra Adrian Skarlatakenin zərbəsi ilə matçda tarazılıq yaradıb. Buna rəğmən, Qəbələ təmsilçisi 48-ci dəqiqədə yenidən önə keçib. Yenə Subotiç adını tabloya yazdırıb. Görüşdə son nöqtəni Filip Ozobiç qoyub. Qonaqların digər xorvatiyalı futbolçusu Filip Ozobiç penaltidən fərqlənib.

    Qeyd edək ki, bu komandalar arasında cavab oyunu bu il aprelin 5-də Qəbələdə keçiriləcək.

    Azərbaycan kuboku

    Yarımfinal, ilk oyun

    30 mart (cümə axşamı)

    "İnter” – "Qəbələ” 1:3

    Qollar: Adrian Skarlatake, 18 – Daniel Subotiç, 15-p.; 48. Filip Ozobiç, 88

    Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev

    AFFA nümayəndəsi: Arif Fərəcov

    Hakim-inspektor: Əli Hüseynov

    "İnter Arena”

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi