"Qəbələ" Avropa Liqasındakı son səfər oyunundan sülhlə ayrılıb

"Qəbələ" Avropa Liqasındakı son səfər oyunundan sülhlə ayrılıb Bu oyundan sonra "Qəbələ" 2 xalla qrupda sonuncu pillədə qərarlaşıb
Futbol
27 Noyabr , 2015 03:52
Qəbələ Avropa Liqasındakı son səfər oyunundan sülhlə ayrılıb

Yunanıstan, Saloniki. 27 noyabr. REPORT.AZ/ Bu gecə Avropa Liqasının qrup mərhələsinin V turunda "Qəbələ" səfərdə Yunanıstanın PAOK klubu ilə qarşılaşıb. "Report"un məlumatına görə, qarşılaşma Sloniki şəhərində yerləşən "Toumba" stadionunda keçirilib.

İlk olaraq qeyd etmək lazımdır ki, bu qarşılaşma komandaların növbəti mərhələyə keçməsi üçün heç bir əhəmiyyət daşımır. Rusiyanın "Krasnodar" klubunun Almaniya "Borussiya"sına (Dortmund) qalib gəlməsi PAOK və "Qəbələ"nin növbəti mərhələ arzularını puç edib.

Oyunun danimarkalı baş hakimi Yakob Kehletin start fitindən sonra topa ilk toxunan "Qəbələ" komandası olub. İlk dəqiqələrdən hücuma atılan qonaqlar 10-cu dəqiqədə real qol şansı yaxalayıb. Lakin qapıçı ilə üzbəüz qalan "qırmızı-qaralar"ın futbolçusu Ermin Zetsi yan xətt hakimi oyundan kənar vəziyyətdə qeydə alıb. 3dəqiqə sonra isə Antonovun zərbəsini Yunanıstan klubunun qolkiperi Panagiotis Qlikos dəf edib və birincinin fərqlənməsinə imkan verməyib. Bundan sonra komandaların ilk hissədə qol vurmaq istəyi alınmayıb. Və birinci 45 dəqiqə qolsuz bərabərliklə yekunlaşıb.

İkinci hissədə topa ilk toxunuşu meydan sahibləri edib. İkinci yarını ilk təhlükəli epizodu meydan sahiblərinin adına yazılıb Ehtiyatdan oyuna daxil olan Erik Sabo topu qapının bir neçə satimetrlik yaxınlığından çölə göndərib. PAOK-un daha bir qol imkanı isə 64-cü dəqiqədə olub. Rodrigesin zərbəsini Bezotosnı dəf etməyi bacarıb. 11 dəqiqə sonra isə rəqib daha bir təhlükəli hücumla "Qəbələ"nin qapısına yaxınlaşıb. Lakin yenə də Bezotosnı hesabın açılmasına icazə verməyib. Qalan dəqiqələrdə komandalardan heç biri rəqib qapısına yol tapa bilməyib və qarşılaşma 0:0 hesabı ilə də başa çatıb

Qeyd edək ki, bu oyundan sonra "Qəbələ" 2 xalla qrupda sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi