Azərbaycan Premyer Liqası: "Qəbələ" ardıcıl ikinci ev oyununda rəqibini darmadağın edib

Azərbaycan Premyer Liqası: "Qəbələ" ardıcıl ikinci ev oyununda rəqibini darmadağın edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.
Futbol
30 Noyabr , 2019 16:58
Azərbaycan Premyer Liqası: Qəbələ ardıcıl ikinci ev oyununda rəqibini darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Qəbələ" və "Zirə" komandaları qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 13-cü dəqiqədə Rövlan Muradov açıb. 41-ci dəqiqədə Fernan Lopes fərqi artırıb. Son nöqtəni isə 70-ci dəqiqədə Davit Volkov qoyub. Bununla da "Qəbələ"nin ardıcıl üçüncü matçında darmadağın qeydə alınıb. "Qırmızı-qaralar" iki tur öncə "Səbail"i də evdə eyni hesabla yenmiş, ötən tur isə "Neftçi"yə 1:4 hesabı ilə uduzmuşdu.

"Zirə" üzərində qələbə sayəsində "Qəbələ" xallarını 12-yə çatdıraraq, ən azı bir gün müddətinə sonuncu pillədən qurtulub. Hazırda 12 xala malik əyalət komandası 7-ci pillədə yer alıb. Son pilləyə enən "Səbail" mövqeyini qaytarmaq üçün dekabrın 1-də evdə "Neftçi"yə qalib gəlməlidir.

"Zirə" isə 14 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun növbəti görüşü "Keşlə" və "Sumqayıt" arasında keçiriləcək. Oyun saat 17:00-da başlayacaq. Dekabrın 2-də baş tutacaq turun son qarşılaşmasında isə "Sabah" və "Qarabağ" komandaları üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi