Yuxarı
    Bağlamaq

    ​"Qəbələ" Hollandiya komandası ilə qaşılaşacaq

    Azərbaycan təmsilçisinin Antalyadakı toplanışı zamanı rəqibləri müəyyənləşib

    Bakı. 25 dekabr. REPORT.AZ/ Qış təlim-məşq toplanışını yanvarın 5-dən Türkiyənin Antalya şəhərində keçirəcək Azərbaycanın "Qəbələ" futbol komandasının yoxlama oyununda qüvvəsini sınayacağı rəqiblərdən ikisi müəyyənləşib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əyalət təmsilçisi Hollandiyanın PSV və Ukraynanın "Vorskla" klubları ilə qarşılaşacaq.

    Hollandiya təmsilçisi ilə görüş yanvarın 10-da baş tutacaq. Yanvarın 17-də isə baş məşqçi Roman Qriqorçukun komandası "Vorskla" ilə qüvvəsini sınayacaq. 

    Bundan başqa, "Qəbələ" yanvarın 14, 22, 25 və 29-da sınaq matçlarına çıxacaq. Rəqiblərin adlarına yaxın günlərdə aydınlıq gələcək.

    Qeyd edək ki, yanvarın 5-də Antalyaya yollanacaq "Qəbələ" ayın 29-da vətənə dönəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi