Qazaxıstan millisinin qapıçısı: “Azərbaycan yığmasına qolları vaxtında vurduq”

Qazaxıstan millisinin qapıçısı: “Azərbaycan yığmasına qolları vaxtında vurduq” Bakı. 6 iyun. REPORT.AZ/ “Müdafiədə etibarlı oynadıq və qol buraxmadıq. Bu, çox önəmli idi. Azərbaycan çox yaxşı rəqibdir. Onların tərzini bilirdik. Bu komandanın güclü tərəflərini neytrallaşmağı və zəif cəhətlərindən istifadə etməyi bacardıq”.
Futbol
6 İyun , 2018 09:55
Qazaxıstan millisinin qapıçısı: “Azərbaycan yığmasına qolları vaxtında vurduq”

Bakı. 6 iyun. REPORT.AZ/ “Müdafiədə etibarlı oynadıq və qol buraxmadıq. Bu, çox önəmli idi. Azərbaycan çox yaxşı rəqibdir. Onların tərzini bilirdik. Bu komandanın güclü tərəflərini neytrallaşmağı və zəif cəhətlərindən istifadə etməyi bacardıq”.

“Report” sports.kz saytına istinadən xəbər verir ki, bunu Qazaxıstan millisinin futbolçusu Sergey Malıy Astanada Azərbaycan yığmasını 3:0 hesabı ilə məğlub etdiklərini yoldaşlıq görüşündən sonra deyib.

28 yaşlı müdafiəçi bildirib ki, ilk hissədə daha yaxşı çıxış ediblər: “Lakin hava isti olduğu üçün 35-ci dəqiqədən sonra çətinlik çəkirdik. Gücümüz olduğu müddətdə maksimum oynadıq. Daha sonra müdafiəyə “oturduq”. Buna hesab da imkan verirdi”.

Qapıçı Nenad Eriç də qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. O deyib ki, baş məşqçi Stanimir Stoilovun müdafiədə intizamlı və təşkilatlanmış formada hərəkət etmək tapşırığını düzgün yerinə yetiriblər: “Bu gün yaxşı oynadıq, qolları vaxtında vurduq. Azarkeşləri sevindirdik. Yoldaşlıq görüşləri Millətlər Liqasına hazırlıq xarakteri daşıyır. Klublarımızın avrokuboklarda necə çıxış edəcəklərindən də çox şey asılıdır. Yığmadakı matçlara hazır olmaq üçün forma toplamaq lazımdır. Bundan sonra baş məşqçi ən layiqli namizədləri seçəcək”.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 9-da Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bununla da təlim-məşq toplanışına yekun vurulacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv mayın 29-da Qırğızıstanı Bakıda 3:0 hesabı ilə üstələyib. 

Son xəbərlər

Orphus sistemi