Qazaxıstan Futbol Federasiyasının baş katibi: "Azərbaycan millisi üzərində qələbəni böyütmək lazım deyil"

Qazaxıstan Futbol Federasiyasının baş katibi: "Azərbaycan millisi üzərində qələbəni böyütmək lazım deyil" Bakı. 11 iyun. REPORT.AZ/ “Azərbaycanla yoldaşlıq oyunundakı hesab və nəticə bizi sevindirdi. Lakin bunu böyütmək lazım deyil”.
Futbol
11 İyun , 2018 11:38
Qazaxıstan Futbol Federasiyasının baş katibi: Azərbaycan millisi üzərində qələbəni böyütmək lazım deyil
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ “Azərbaycanla yoldaşlıq oyunundakı hesab və nəticə bizi sevindirdi. Lakin bunu böyütmək lazım deyil”.

“Report” sports.kz saytına istinadən xəbər verir ki, bunu Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojin Astanada Azərbaycan millisi ilə yoldaşlıq matçında əldə edilən 3:0 hesablı qələbəni şərh edərkən deyib.

O, bildirib ki, Qazaxıstan yığması Millətlər Liqasının startına qədər optimal forma toplamalıdır: “İrəlidən avrokuboklar gəlir. Qazaxıstanlı futbolçular orada keçirəcəkləri matçlar hesabına pik həddinə çatmalıdırlar. Qısa müddət ərzində baş məşqçi Stanimir Stoilov oyunçulara inam verib. Bu da yığmanın matçlarında özünü göstərir”.

Baş katib Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları arasında 1:1 hesabı ilə yekunlaşan yoldaşlıq görüşünə də toxunub: “Nəticə ikinci planda idi. Önəmli olan rəsmi matçlarda forma geyinə bilməyən gəncləri yoxlamaqdır”.

Qeyd edək ki, Azərbaycan millisi təlim-məşq toplanışı vaxtı 3 yoxlama oyunu keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qazaxıstana uduzsa da, Bakıda Qırğızıstanı 3:0, Riqada isə Latviyanı 3:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi