"Qarabağ" və "Zirə" komandaları mükafatlandırılıb

"Qarabağ" və "Zirə" komandaları mükafatlandırılıb "Qarabağ" çempionluq kuboku ilə qızıl medallarına qovuşub
Futbol
20 May , 2016 22:37
Qarabağ və Zirə komandaları mükafatlandırılıb

Bakı. 20 May. REPORT.AZ/ "Qarabağ" və AZAL arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XXXVI tur matçından sonra mükafatlandırma mərasimi təşkil olunub. "Report"un məlumatına görə, əvvəlcə "Zirə"yə gümüş medallar təqdim olunub.

Daha sonra çempion "Qarabağ" səhnəyə dəvət olunub və çempionluq kuboku ilə qızıl medallarına qovuşub. Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə AFFA-nın baş katibi Elxan Məmmədov verib.

Qeyd edək ki, 3-cü yerin sahibi "Qəbələ"nin bürünc medallara nə vaxt qovuşacağı məlum deyil. "Qara-qırmızılar" ardıcıl 3-cü mövsüm bürünc medalları Gəncədə "Kəpəz" üzərində 1:0 hesablı qələbə sayəsində əldə edib.

Foto: Firi Səlim

Son xəbərlər

Orphus sistemi