Yuxarı

​"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasındakı rəqibləri müəyyənləşir

Azərbaycanı bu turnirdə təmsil edən klublar bu gün öz rəqiblərini tanıyacaq

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ""Qəbələ" klubları da bu gün öz rəqiblərini tanıyacaq. "Köhlən atlar" səpələnmişlər, "qırmızı-qaralar" isə səpələnməmişlər qrupunda yer alıb. Bu səbəbdən Qurban Qurbanovun rəhbərlik etdiyi komanda nisbətən zəif, Roman Qriqorçukun komandası isə nisbətən güclü komandalara rəqib olacaq. Müxtəlif qruplarda olmasına baxmayaraq, "Qarabağ""Qəbələ" bu mərhələdə bir-birinə rəqib ola bilməyəcək.

Ümumilikdə qrup mərhələsinin bir addımlığında 44 komanda mübarizə aparacaq. Komandalardan 29-u Avropa Liqasının III təsnifat mərhələsində qalib gələnlər, 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində məğlub olanlardır.

Səpələnmişlər: "Şaxtyor" (Ukrayna), "Olimpiakos" (Yunanıstan), "Anderlext" (Belçika), "AZ Alkmaar" (Hollandiya), "Fənərbağça" (Türkiyə), "Sparta" (Çexiya), PAOK (Yunanıstan), "Genk" (Belçika), BATE (Belarus), "Sent-Etyen" (Fransa), "Gent" (Belçika), "Krasnodar" (Rusiya), "Rapid" (Avstriya), "Slovan" (Çexiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Avstriya" (Avstriya), "Vest Hem" (İngiltərə), "Panatinaikos" (Yunanıstan), "Midyullend" (Danimarka), "Sassuolo" (İtaliya), "Qarabağ" (Azərbaycan)

Səpələnməmişlər: "Rosenborq" (Norveç), "Astana" (Qazaxıstan), "Astra" (Rumıniya), "Hayduk" (Xorvatiya), "Arauko" (Portuqaliya), "Qrasshopers" (İsveçrə), AEK (Kipr), "Voyvodino" (Serbiya), "Başakşehir" (Türkiyə), "Bröndbyü" (Danimarka), "Srvena Zvezda" (Serbiya), "Osmanlıspor" (Türkiyə), "Slaviya" (Çexiya), "Göteborq" (İsveç), "Dinamo" (Tbilisi, Gürcüstan), "Lokomotiva" (Xorvatiya), "Trençin" (Slovakiya), "Qəbələ" (Azərbaycan), "Beytar" (İsrail), "Sonderyske" (Danimarka), "Şkendiya" (Makedoniya), "Partizani" (Albaniya)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 18 - 25 avqustda keçiriləcək. 22 qalib komanda və Çempionlar Liqasının pley-off mərhələsində məğlub olan 10 komanda qrupda iştirak hüququ qazanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi