Yuxarı

"Qarabağ" və "Dnepr" komandalarının son məşqinin başlama saatı açıqlanıb

Əvvəlcə qonaqlar, sonra meydan sahibləri məşqə çıxacaqlar

Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 6-da futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycanın "Qarabağ" klubu ilə qarşılaşacaq Ukraynanın "Dnepr" komandası noyabrın 5-də Bakıya gələcək. "Report"un məlumatına görə, "Dnepr" elə həmin gün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxacaq.

Əvvəlcə Bakı vaxtı ilə saat 17:30-da baş məşqçi Miron Markeviç mətbuat konfransı keçirəcək. Bundan yarım saat sonra komanda məşqə çıxacaq. Həmin gün saat 19:00-da isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlər önünə çıxacaq. "Qarabağ"ın son məşqi isə saat 19:30-a nəzərdə tutulub.

Qeyd edək ki, qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi