Yuxarı

​"Qarabağ" UEFA reytinqində geriləyib

Ölkə təmsilçisi 1 pillə geriləyib

Bakı. 19 fevral. REPORT.AZ/ UEFA klubların yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, "Qarabağ" əvvəlki mövqeyini itirib.

Danimarkanın "Mityulland" klubunun 136-cı pillədən 124-ə yüksəlməsi "Qarabağ"ın bir pillə geriləyərək siyahıda 130-cu olması ilə nəticələnib. Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın aktivində 13,475 xal var.

Siyahıya 163,057 xalla İspaniyanın "Real Madrid" klubu başçılıq edir. İkinci pillədə 152,064 xalla Almaniya "Bavariya"sı qərarlaşıb. Son üçlüyü isə 150,057 xalla İspaniyanın "Barselona" klubu qapayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi