Bakı. 23 noyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində İngiltərə "Tottenhem"i ilə keçirəcəyi V tur matçına bütün təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, qarşılaşma yunanıstanlı hakimlər briqadasına həvalə olunub.
26 noyabr
22:00. "Qarabağ" (Azərbaycan) - "Tottenhem" (İngiltərə)
Baş hakim: Anastasios Sdiropulos
Yan xətt hakimləri: Damians Eftimiadis, Polixronis Kostaras
Əlavə köməkçi hakimlər: Mixael Kukulakis, Stavros Tritsonis
Dördüncü hakim: Lazaros Dimitriadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Yuri Baskakov (Rusiya)
UEFA nümayəndəsi: Kristian Mutşler (Avstriya)
Bakı, Tofiq Bəhramov adına Republika stadionu