“UEFA nümayəndəsinin matçla bağlı hesabatına bütün detalları qeyd etdirmişik. Prosedura uyğun olaraq növbəti addımlar atacağıq və gərəkli bütün tədbirlər görüləcək”.
Bunu “Report”a “Qarabağ”ın baş meneceri Asif Əsgərov UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdikləri matçda erməni təxribatı ilə üzləşmələrinə münasibət bildirərkən deyib.
Klub rəmisi insident zamanı “Qarabağ” azarkeşlərinin polis tərəfindən həbs edilmələrinə imkan vermədiklərini söyləyib: “UEFA bəyan edir ki, idman siyasətə qarışmamalıdır. Ona görə də Avropa futbol qurumu bunun əksinə gedənləri də cəzalandırmalıdır. Dünən azarkeşlərimizin həbs edilməsinə imkan vermədik. Polisin həbs etmək istədiyi azarkeşlərimizi buraxdırdıq və stadiondan kənara aparılmalarına imkan vermədik”.
Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya bəyanat yayaraq baş verənləri pisləyib.